Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:22

Kataloniya lideri regional parlamentdə çıxış edəcək


Carles Puigdemont

Oktyabrın 10-da Kataloniya lideri Carles Puigdemont region parlamentində çıxış edəcək. Madrid parlamentin müstəqilliyi birtərəfli şəkildə elan edəcəyindən narahatdır.

Kataloniya rəsmiləri oktyabrın 1-də keçirilmiş referendumda seçicilərin əksəriyyətinin müstəqilliyə səs verdiyini deyirlər.

Ötən həftəsonu Barselonada yüz minlərlə adam İspaniyadan ayrılmağa qarşı nümayiş keçirib. Onlar referendumun regionun əsl iradəsini göstərmədiyini deyirlər, çünki İspaniyada qalmaq istəyənlər onu boykot edib.

Kataloniyanın referendum qanununa görə, oktyabrın 10-da assambleyada müstəqilliyin elanından sonra İspaniyadan altı aylıq ayrılma prosesi başlamalıdır. Madrid bu qanunu qeyri-konstitusion sayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG