Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

Gürcüstan prezidenti konstitusiya dəyişikliklərinə veto qoydu


Giorgi Margvelashvili

Gürcüstan prezidenti Giorgi Margvelashvili konstitusiyaya dəyişikliklərə veto qoyub. Dəyişikliklər ölkənin parlament tipli sistemə keçidini nəzərdə tutur, prezidenti deputatlar seçir.

«Gürcü Arzusu» Partiyasının üstünlük təşkil etdiyi parlament Margvelashvili və müxalifətin etirazına baxmayaraq, dəyişiklikləri ötən həftə qəbul edib.

Margvelashvili oktyabrın 9-da televiziyayla çıxışında deyib ki, o, birbaşa prezident seçkisinə tərəfdardır.

Prezident «bonus» səsvermə sisteminin ləğvini dəstəklədiyini dilə gətirib. Həmin sistem parlamentdə daxil olmaq üçün gərəkən dəstəyi qazanmayan partiyaların səslərinin seçkinin qalibinə ötürülməsini nəzərdə tutur.

«Gürcü Arzusu»ndan olan deputatlar prezidentin etiraz etdiyi iki məsələ üzrə kompromisə gedə biləcəklərini bildiriblər – partiyalara seçki bloku yaratmağa icazə verilməsi və «bonus» səsvermə sisteminin ləğvi.

Dəyişikliklər layihəsi yenidən parlamentə qayıdacaq. Hakim partiya burada çoxluq təşkil edir və prezidentin vetosuna üstün gələ biləcək.

Dəyişikliklərdə həmçinin, xaricilərin torpaq almasının qanuniləşdirilməsi nəzərdə tutulur.

Gürcüstanda 2018-ci ildə prezident seçkisi keçiriləcək. Margvelashvili namizədliyini verib-verməyəcəyini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG