Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:20

Kreml Səudiyyə ilə raket müqaviləsini müdafiə edir


S-400

Kreml bildirir ki, Səudiyyə Ərəbistanına Rusiya raketlərinin satışı üzrə razılaşma heç bir ölkəyə təhdid yaratmır.

Kremlin sözçüsü Dmitry Peskov oktyabrın 9-da deyib ki, Ər-Riyada S-400 havadan müdafiə raket sistemlərinin satılması üzrə sövdələşmə «üçüncü ölkəyə qarşı yönəlməyib».

O, razılaşmanın İrana təhlükə yarada biləcəyi barədə sualı cavablandırıb.

Səudiyyə kralı Salman-ın Rusiyaya ötən həftəki səfəri zamanı bir neçə silah sazişi imzalanıb.

Müşahidəçilər kralın Rusiya prezidenti Vladimir Putin-lə danışıqlarının ikitərəfli münasibətlərdə buzun əriməsinə dəlalət etdiyini söyləyirlər.

Səudiyyə Yaxın Şərqdə ABŞ-ın müttəfiqidir və Moskvayla silah müqavilələri Vaşinqtonu narahat edib.

Moskvayla razılaşmalar açıqlanandan sonra ABŞ Dövlət Departamenti Səudiyyəyə 15 milyard dollarlıq THAAD raketdən müdafiə sisteminin mümkün satışını təsdiqləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG