Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:16

'Google' da Rusiyanın aldığı reklamları aşkarlayıb


Google

Google ilk dəfə olaraq Rusiya əməliyyatçılarının ötən il ABŞ-da prezident seçkisinə müdaxilədən ötrü onun platformalarından yararlandığını aşkarlayıb. Bu haqda «The Washington Post» qəzeti yazıb.

Məlumata görə, «Rusiya agentləri» YouTube, Gmail, Google Search və digər platformalarda reklamlara on minlərlə dollar xərcləyib, dezinformasiya yaymağa çalışıblar. Qəzet bunu şirkətin təhqiqatıyla tanış olan anonim mənbələrə istinadla yazıb.

Bu reklamların Rusiyanın «Internet Research» şirkətindən gəlmədiyi görünür, həmin şirkət Facebook-da reklamlar alıb. Qəzet yazır ki, bu, Rusiyanın onlayn dezinformasiya kampaniyasının miqyasının daha böyük olduğunu göstərir. Facebook və Twitter də Rusiyanın həmin sosial şəbəkələrdə reklam yerləşdirdiyini bildirmişdi.

Alphabet Inc.-ə məxsus Google dünyanın ən böyük onlayn reklam şirkəti, YouTube isə ən böyük onlayn video saytıdır.

Google isə bəyanat yayaraq sərt reklam siyasəti olduğunu, sistemlərdən sui-istifadə cəhdlərinin dərindən araşdırıldığını bildirib.

ABŞ Konqresinin bir neçə komitəsi də Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır. Rusiya bu iddiaları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG