Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 12:03

«Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair tədbirlər planı» təsdiq edilib.

Prezident İlham Əliyev bu gün, oktyabrın 9-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, məqsəd ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir.

Tədbirlər planını Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası koordinasiya etməli, prezidentə bununla bağlı məlumat verməlidir.

İ.Əliyev mart ayında Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı. Həmin sənədə əsasən, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdı. Komissiyanın sədri elə o vaxt baş nazirin müavini Əli Əhmədov təyin edilmişdi.

Rəsmilər bildirir ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq geniş yayılıb. Bu, həm dövlətə, həm də gələcəkdə pensiya ala bilməyəcək vətəndaşa ziyandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG