Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:13

Azərbaycanda 'siyasi məhbus' problemi Parisin diqqətindədir


Müxalifəti aksiyasında şüar

Fransa hökuməti 33 beynəlxalq QHT-nin Fransa prezidenti Emmanuel Macron-a Azərbaycanda siyasi məhbus sayılan şəxslərin problemi ilə bağlı müraciətinə rəsmi cavab verib.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, cavabı prezident Emmanuel Macron-un kabinet rəhbəri François-Xavier Lauch imzalayıb.

Cavab məktubunda bildirilir ki, Fransa hökuməti beynəlxalq QHT-lərin siyasi məhbus sayılan şəxslərlə bağlı narahatlığını diqqət mərkəzində saxlayır.

Buna da bax:​ Vitse-spiker: ‘İlqar Məmmədova görə düşüblər Azərbaycanın üstünə...’

“Fransanın diplomatik xidməti bu şəxslərin vəziyyətini diqqətlə izləyir. Onların hüquqlarının, o cümlədən təqsirsizlik prezumpsiyasının və ədalətli məhkəmə hüququnun təmin edilməsinə xüsusi həssaslıqla yanaşır”.

Bununla əlaqədar olan qurumları Azərbaycan hökumətini Avropa Şurası və beynəlxalq konvensiyalar çərçivəsində götürdüyü öhdəliklərə könüllü olaraq riayət etməyə dəvət edir.

“Bundan başqa, Fransa hökuməti Azərbaycanla ölkənin vətəndaş cəmiyyətinin inkişafına və demokratik institutların möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli dialoqu davam etdirir”, - deyə cavabda bildirilir.

Buna da bax:​ İnsan haqlarını pozan məmurların cəzalandırılmasında ABŞ nə təklif edir?

Xatırlatma

Bir müddət əvvəl Avropa, Keçmiş SSRİ məkanı və Şimali Amerikadan olan 33 beynəlxalq QHT Fransa prezidentinə Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azad edilməsinə yardım etmək çağırışı ilə müraciət etmişdi.

Onlar Fransa prezidentini Azərbaycandakı siyasi məhbus sayılan şəxslərin azad olunmasına kömək etməyə çağırmışdılar.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda hazırda 140 civarında siyasi məhbus var. Ancaq Azərbaycan rəsmiləri ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Onlar deyirlər ki, həmin şəxslər konkret cinayət əməllərinə görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG