Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:52

Zakir Həsənov Lukaşenko ilə görüşüb


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusda. Minsk. 09okt2017

“Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil”.

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün, oktyabrın 9-u Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşündə belə deyib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

A.Lukaşenko bildirib ki, iki ölkə arasında münasibətlər heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsini pozmur.

Buna da bax:​ Cəbhə bölgəsində yeni hərbi hissənin açılışı olub

“Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq. Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan prezidenti öz çiynini irəli verib”, – deyərək Belarus prezidenti Azərbaycanın bir neçə dəfə ölkəsinə borc verməsinə diqqət çəkib.

O, daha sonra əlavə edib:

“Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin”.

Müdafiə naziri Z.Həsənov isə bildirib ki, Azərbaycanda da Belarusu çox sevir və xüsusi hörmətlə yanaşırlar.

Buna da bax: Hərbçilərə növbəti yaşayış kompleksi tikilib

“Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız var. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə də çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlara ziddiyyət təşkil etmir. Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu bizə imkan verir ki, bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək”, - nazir əlavə edib.

Müdafiə naziri Zakir Həsənov oktyabrın 8-dən Belarusa səfərdədir. Zakir Həsənov dünən, oktyabrın 8-i Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisə və hərbi poliqonu da ziyarət edib.

Ziyarət Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanışlıq məqsədi daşıyıb.

Buna da bax:​ Müdafiə naziri İsrailin aparıcı hərbi müəssisələrində olub

* * *

Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

Belarusda səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov oktyabrın 9-da bu ölkədən olan həmkarı Andrey Ravkovla da görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Buna da bax: Varşavada Cümhuriyyətin hərbi xadimlərinə abidə ucaldılıb

Görüşün yekununda Azərbaycan və Belarus Müdafiə Nazirlikləri arasında 2018-ci il üzrə əməkdaşlıq planını imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG