Bakıda Azərbaycan - Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin biznes-forumu keçiriləcək.
Bu haqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) press-relizində bildirilir.
Biznes forum oktyabrın 19-u başlayıb 20-də başa çatacaq.
Buna da bax: İlham Əliyev: “Avropa Birliyi ilə əlaqələrdə enerji ön plandadır ”
Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə gerçəkləşməlidir.
Foruma sözü gedən ərəb ölkələrinin iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərinin qatılacağı gözlənilir.
Tədbirə qatılan şirkətlərin müzakirələri oktyabrın 20-də Bakı Biznes Mərkəzində təşkil olunacaq.