Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:33

Deputat: 'Nümayəndəlik institutu ləğv edilmir'


Deputat Rafael Cəbrayılov

“Nümayəndəlik institutu ləğv edilmir”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov mülki, inzibati prosessual məcəllələrə və vəkillik qanununa gözlənilən dəyişiklikləri şərh edərkən belə deyib.

Deputat “Report”a bildirib ki, dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsindən söhbət gedir.

Buna da bax:​ Naxçıvanın Konstitusiyasına dəyişikliklər edilir

“Nümayəndəlik institutu saxlanılır. Yəni, hər bir hüquqi şəxs öz işçisini məhkəmə prosesinə nümayəndə kimi göndərə bilər. Dəyişiklikdə vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Nümayəndəlik institutunun ləğv edilməsindən söhbət getmir. Belə bir şey olsaydı, Azərbaycanın mülki hüququ şikəst olardı. Yəni, mülki fəaliyyət qabiliyyəti olmayanlar, mülki fəaliyyət qabiliyyəti məhkəmə qaydasında məhdudlaşdırılanlar və yetkinlik yaşına çatmayanların hüquqlarını kim müdafiə edəcək?”.

Deputat vurğulayıb ki, kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

“Çünki Ali Məhkəmə hər kəsin bildiyi kimi, işlərə mahiyyəti üzrə baxmır. O, birinci və apellyasiya instansiyasında buraxılmış səhvlərin, habelə qanun pozuntularının aradan qaldırılmasını həyata keçirən ali məhkəmə orqanıdır”.

Buna da bax:​ Deputalar ATƏT PA-nın sessiyasna gedir

Xatırlatma

Ötən həftə sonu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında mülki, inzibati prosessual məcəllələrə və vəkillik qanununa Ali Məhkəmənin dəyişiklik təklifləri müzakirə edilib.

Milli Məclisin mətbuat xidmətinin xəbərinə görə, dəyişikliklər məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunması məqsədi daşıyır.

“Məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Amma qanunvericiliyə edilən dəyişiklik vəkillik institutunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurətini yaradır”, parlamentin məlumatında bildirilirdi.

Buna da bax:​ Deputat: 'Demokratiya əslində bir problemə çevrilib'

Ancaq Milli Məclis dəyişiklik təkliflərinin tam mətnini açıqlamayıb.

Üstəlik, bəzi ekspertlər də hesab edirlər ki, bu Vəkillər Kollegiyasının üzvi olmayan hüquqşünasların rolunu azalda bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG