Sankt-Peterburqda bomba təhlükəsi barədə anonim zənglərdən sonra məktəblər və dövlət binaları evakuasiya edilib.
Bu barədə oktyabrın 9-da “Fontanka” internet nəşri məlumat yayıb.
Bundan əvvəl edilmiş anonim zənglərdən sonra 20-dən çox ticarət mərkəzi və hotel evakuasiya edilib.
Qeyd edək ki, bu cür zənglər Rusiyada sentyabrın 10-dan edilməyə başlanıb.
Bu müddət ərzində ölkənin müxtəlif şəhər və qəsəbələrində 100 minlərlə insan evakuasiya edilib.
Söhbət 50-dən çox regiondan gedir.
Amma bugünədək bomba aşkar edilməyib.
Federal təhlükəsizlik xidməti bu anonim zəngələri ölkə xaricində olan 4 rusiyalı edir.
Amma onların adları açıqlanmır.
Zənglər ölkəyə əhəmiyyətli iqtisadi ziyan vurub.
İlkin məlumata görə, söhbət 300 milyon rubldan da artıq vəsaitdən gedir.