Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:54

ABŞ-dakı restoranlardan biri Putinin ad günündə xüsusi burger hazırlayıb? (Video)


Foto arxiv

”Rossiya-24” və RT televiziya kanalları da daxil olmaqla Rusiyanın bir sıra dövlət mediası prezident Vladimir Putinin doğum günü münasibətilə Nyu-York restoranlarından birində xüsusi burger hazırlanması barədə süjetlər yayıblar.

“Bu ənənə artıq 3 ildir keçirilir. Çünki Putini görkəmli siyasi xadim hesab edirik” restoranın baş barmeni Daria Pauto deyir.

TASS agentliyi restoranın menenecerlərindən biri Ted Braien-ə istinadla yazır ki, Putin güya ki, bu restoranın doğum gününü qeyd etdiyi yeganə liderdir.

Amma Britaniyanın “Guardian” qəzeti və Rusiyanın “Lapşesnimaloçnaya” layihəsi aydınlaşdırıblar ki, çəkilən süjet tamamilə saxtalaşdırılıb.

- Nyu-Yorkdakı restoranlar şəbəkəsinin menenceri elektron məktubla yazıb ki, onların restoranlarında heç vaxt Ted Braien adlı adam işləməyib.

- Restoranın özü isə heç vaxt Vladimir Putinin doğum gününü qeyd etmədiyini və bunun üçün xüsusi yeməık hazırlamadığını bildirib.

- Daria restoranda çalışır,amma baş verənlərdən sonra işdən kənarlaşdırılıb.Müəssisə hazırda araşdırma aparır və bu məsələni aydınlaşdırmaq üçün vəkillər cəlb etməyi planlaşdırır.

- Başqa bir məktubda isə deyilir ki, iki əməkdaş menenceri aldadaraq dərs üçün layihə çəkdiklərini deyiblər.

RT tekeviziya kanalı kommunikasiya şəbəsinin rəhbəri Anna Belkina isə “Guardian” qəzetinə cavab olaraq deyib ki, bu süjetlərin doğruluğuna şübhə etməyə heç bir əsas yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG