Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:20

Oktyabrın 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 14-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da səhər yağıntı gözlənilmir. Ancaq gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında hava qeyri-sabit keçəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə yağıntının leysan xarakterli alacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal edilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG