Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:05

Bu gün, oktyabrın 9-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlayır.

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin bu sessiyada iştirak edəcəyi bildirilir.

Heyətə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən RzayevSahibə Qafarova daxildir.

Sessiyada təşkilati məsələyə baxılması və AŞPA-nın yeni sədrinin seçilməsi gözlənilir. AŞPA sədri Pedro Agramunt oktyabrın 6-da istefa verib. Bu ilin martında Rusiya nümayəndə heyətinin tərkibində Suriyaya səfəri və prezident Bashar al-Assad-la görüşməsi ona qarşı etimadsızlığa səbəb olmuşdu.

AŞPA-nın plenar iclaslarında büro və daimi komitənin inkişafına dair məruzə təqdim olunmalıdır. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə edilməlidir.

Plenar iclaslarda Azərbaycanla bağlı iki məruzənin müzakirə ediləcəyi də gözlənilir. Bu, «Azərbaycanda demokratik təsisatların fəaliyyəti» və «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı məruzələrdir.

Sessiya 5 gün davam edəcək.

Oktyabrın 9-da eyni zamanda Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində ««Laundromat» (pulların yuyulması anlamında) son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır» mövzusunda dinləmələrin keçiriləcəyi də bildirilir. Dinləmələri Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Anne Brasseur-in dəstəyi ilə keçirməlidir. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam etməlidir.

Görüşdə Azərbaycanın Avropa Şurasında keçmiş səfiri Arif Məmmədovun, RATİ-nin rəhbəri Emin Hüseynovun və «Azadlıq faylları» Mərkəzinin direktoru Olga Zakharova-nın çıxışları gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG