Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:49

Rohinca qaçqınlarının olduğu qayıq batıb


Rohanca qaçqınları

Myanmadan Banqladeşə qaçan Rohinca qaçqınlarının olduğu qayıq batıb, azı 12 nəfər ölüb, onlarla itkin düşən var.

Banqladeşin Sərhəd Mühafizəsinin rəsmisi Abdul Jalil oktyabrın 9-da bildirib ki, 12 nəfərin meyiti tapılıb. Onlardan 10-u uşaq, biri yaşlı qadın, biri kişidir.

Rəsmilər Naf çayında üzən qayıqda 100-dək adamın olduğunu bildirirlər. Bu çay Banqladeşlə Myanmanın sərhədində yerləşir.

Myanma hökuməti müsəlman rohinca azlığıyla rəftara görə beynəlxalq səviyyədə qınanır. Son həftələr Rakxayn ştatında rohinca yaraqlılarının hücumlarından sonra hərbi əməliyyatlar keçirilib. 400 mindən çox rohincanın qonşu Banqladeşə qaçdığı bildirilir.

Myanma hökuməti dinc sakinlərin hədəfə alınmadığını, yalnız yaraqlılara qarşı əməliyyat aparıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG