Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:52

Moskvada ticarət mərkəzindən 3 min nəfər təxliyə olunub


«Sindika» ticarət mərkəzində yanğın

Moskvanın kənarında yerləşən ticarət mərkəzinin zirzəmisində yanğın olub, 3 min nəfər evakuasiya olunub.

«Sindika» ticarət mərkəzinin anbarında başlanan yanğın 55 min kvadratmetr ərazini əhatələyib.

Məlumatı oktyabrın 8-də Fövqəladə Hallar Nazirliyi yayıb.

Bu ticarət mərkəzində, əsasən, tikinti materialları satılır. Bina daxilində azı 300 kvadratmetr ərazidə dağıntılar baş verib.

Bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yanğının söndürülməsinə 100-dək yanğınsöndürən, 3 vertolyot cəlb olunub.

«Sindika» ticarət mərkəzi Moskvanın Odintsovo regionundadır. 130 min kvadratmetrdən çox ərazidə yerləşən mərkəzdə 1200 mağaza var.

Günün bütün mövzuları

XS
SM
MD
LG