Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:23

Oktyabrın 9-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ukraynaya birgünlük rəsmi səfər edəcək.

O, ukraynalı həmkarı Petro Poroshenko ilə Kiyevdə Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.

Erdoğan-ın Ukrayna parlamentinin spikeri Andriy Parubiy və baş nazir Volodymyr Hroysman-la görüşəcəyi bildirilir.

Səfər zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq, bir sıra qarşılıqlı sənədlər imzalanacaq.

Erdoğan-ın ofisinin məlumatına görə, tərəflər Krım məsələsi və Krım tatarlarının durumuyla bağlı da fikir mübadiləsi aparacaqlar.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım vilayətini ilhaq edib. İnsan haqları qrupları və Qərb hökumətləri Krımda tatarların davamlı təzyiqə məruz qaldığını bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG