Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:03

Erdoğan Əliyevə zəng vurub


Recep Tayyip Erdoğan (solda) və İlham Əliyev

Oktyabrın 7-də Türkiyə prezidenti Receb Tayyib Erdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon söhbətində Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb.

Buna da bax:​ SOCAR Türkiyədə 'ikinci Petkim' qurmaq istəyir

Eyni zamanda, prezident Receb Tayyib Erdoğanın oktyabrın sonunda Azərbaycana nəzərdə tutulan səfəri və səfərin proqramı ilə bağlı məsələlər müzakirə edilib.

Türkiyə prezidentinin sentyabrda Azərbaycana gəlişi gözlənirdi. Ancaq sonradan səfərin təxirə düşdüyü açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG