Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:13

Naxçıvanın Konstitusiyasına dəyişikliklər edilir


Arxiv fotosu

Ölkə parlamenti Naxçıvan Muxtar Respublikası (MR) Konstitusiyasının 6 maddəsinə dəyişikliklər etməyə hazırlaşır.

Dəyişiklik təklifini Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov verib. Təkliflər bu gün, oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub.

Bu haqda Milli Məclisin mətbuat xidməti xəbər verir.

Komitə iclasında ilkin olaraq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu təqdim edilib.

Buna da bax:​ Behrudi: 'Talıbov məmurları çağırıb soruşa bilər ki, sən bu kitabı oxudun?'

Komitə sədri Əli Hüseynov bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 6 maddəsinə təkliflər ötən ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına olunan dəyişikliklərdən irəli gəlir.

30 yaşa çatmayanlar da Ali Məclisin sədri ola biləcək

Təkliflərdə müəyyən kateqoriyadan olan şəxslərin passiv seçki hüququnun qanunla məhdudlaşdırılmasına imkan yaradılır.

Muxtar Respublikanın Ali Məclisinə deputatlığa namizədlərə tələblərlə bağlı da Konstitusiyaya dəyişiklik təklif edilir. Konstitusiyadakı “yaşı 25-dən aşağı olmayan” ifadəsinin “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilməsi istənilir.

Bundan başqa deputatlıqdan məhrumetmənin əsaslarının sırası genişləndirilir - 5-dən 7-yə çıxarılır.

Buna da bax:​ İbrahim İbrahimli: ‘Naxçıvanda durum Bakıdakından pisdir’ [video]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrliyinə tələbləri nəzərdə tutan maddədən isə “yaşı otuzdan aşağı olmayan” sözlərinin çıxarılması təklif olunur.

Naxçıvan Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər də yenilənir və yaş tələbi aradan qaldırılır. Yeni redaksiyada yazılır ki, Naxçıvan MR baş naziri, onun müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir.

Mülki və inzibati prosessual qanunvericiliyə, vəkillik qanununa dəyişikliklər...

Komitənin iclasında Ali Məhkəmənin mülki və inzibati prosessual qanunvericiliyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təklifləri də müzakirə olunub.

Buna da bax:​ Naxçıvanda müstəqil jurnalist olmaq nə deməkdir?..

Qeyd olunan təkliflərin detallarını Milli Məclis ictimaiyyətə açıqlamayıb.

Komitə təklif layihələrini Milli Məclisin plenar iclasına tövsiyə edib.

Xatırlatma

Ötən il sentyabrın 26-da ölkə Konstitusiyasına bir sıra dəyişiklik edilib. Orada həm prezidentlik müddəti, həm də onun səlahiyyətləri artırılıb. Habelə ölkədə vitse-prezidentlər institutu yaradılıb. Bundan başqa, prezident seçkisində yaş senzi də götürülüb.

Müxalifət hesab edirdi ki, bu dəyişikliklər hakimiyyətin bir ailədə cəmləşməsinə xidmət edir.

Buna da bax:​ 2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olubmuş

Hakimiyyət rəsmilərinə görə, isə bununla çevik idarəçilik və ölkənin təhlükəsizliyi təmin edilir.

Bu il Konstitusiya dəyişikiliklərindən irəli gələrək prezident İlham Əliyev öz xanımı Mehriban Əliyevanı birinci vitse prezident təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG