Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:23

Prezident yeni ipəkçilik sərəncamı verib


AzŞəki İpək kombinatı

Barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarükü qarşıdakı illərdə də hökumətin diqqət mərkəzində olacaq.

Prezident İlham Əliyevin oktyabrın 6-da imzaladığı “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam bunu nəzərdə tutur.

Sərəncama görə, Kənd Təsərrüfatı Nazirliyi tut tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsinə 1,05 milyon (bir milyon əlli min) manat sərf edəcək.

Buna da bax:​ Hökumət ipəkçiliyə diqqəti artırır

Həmin vəsaitin 775 min manatı tut tinglərinin, 275 min manat isə barama toxumlarının alınmasına yönəldiləcək.

Kənd Təsərrüfatı Nazirliyi həmçinin, tədarük olunan tut tinglərinin və barama toxumlarının istehsalçılara əvəzsiz paylanılmasını təmin etməli, bununla bağlı ölkə başçısını bilgiləndirməlidir.

Prezident bundan əvvəl ötən il noyabrın 16-da ipəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı.

Buna da bax: Azərbaycan Çindən tut ağacı tingi alır

Sərəncamın məqsədi, bildirildiyinə görə, ipəkçiliyin və fındıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsi, məhsul istehsalına əhalinin marağının artırılmasıdır.

Həmin sərəncamda barama toxumlarına 163 min, tut tinglərinə 600 min, fındıq pöhrələrinin alınmasına isə 700 min manat ödənilməsi nəzərdə tutulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG