Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:22

ABŞ mütəxəssisləri gömrükçülərə təlim keçir


Arxiv fotosu

ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşlarına təlim keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında keçirilən təlim oktyabrın 2-dən 6-dək davam edib.

DGK-nin mətbuat xidmətinin məlumatına görə, təlimin açılışında İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramının ABŞ səfirliyindəki müşaviri Kiç Roberts bildirib ki, təmsil etdiyi layihə Azərbaycanda 1999-cu ildən icra olunur. layihə çərçivəsində uzun müddətdir Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Buna da bax:​ İqtisadçı: 'Bir ildə büdcədən 1.3 milyard yayındırılıb'

Kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən Kiç Roberts indiyə qədər ABŞ-ın bu sahədə etdiyi yardımlardan danışıb.

Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov kütləvi qırğın silahlarının yayılması ilə mübarizə sahəsində Azərbaycanda görülən işlər, müvafiq qanunvericilik bazası barədə iştirakçıları məlumatlandırıb.

Cavad Qasımov bu sahədə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən də bəhs edib.

Buna da bax: Real ifadədə ixrac da, idxal da azalıb

Təlimin ikinci mərhələsi oktyabrın 9-dan 13-nə kimi davam etdiriləcək.

Ümumilikdə, iki həftə davam edəcək təlim çərçivəsində amerikalı ekspertlər iştirakçılara kütləvi qırğın silahları barədə məlumat veriləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG