Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:13

“Hər bir xalqın dili onun zəngin sərvətidir. Dil xalqın özünüqoruma instiktini gücləndirir. Milləti təsdiq edən onun ana dilidir. Azərbaycan dili dövlət atributlarından biridir, sosial -mənəvi dayağıdır. Dil nə qədər saf və zəngin olarsa, milli varlığımız o qədər sarsılmaz olar.”

Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu konfrans da elə prezident İlham Əliyevin tapşırığı ilə keçirilir. Məqsəd qloballaşmada, transmilliləşmədə ana dilinin saflığını qorumaq, buna diqqət çəkməkdir.

Əli Həsənov deyib ki, Azərbaycan müstəqil dövlət olduqdan sonra ana dili ilə bağlı mühüm addımlar atılıb, qanunvericilik bazası təkmilləşdirilib.

Ancaq Əli Həsənov onu da qeyd edib ki, müasir dövrdə texnologiyaların insanlar tərəfindən mənsənilməsi dövlət dilini təkmilləşdirməklə yanaşı, mənfiliklər də gətirib.

O təəssüflə qeyd edib ki,bəzən kütləvi informasiya vasitələrində dilin norma və prinsipləri pozulur, yerli-yersiz yad ünsürlər dilə gətirilir, filmlərin dublyajında da nöqsanlar olur, küçə reklamlarında da bu cür hallar mövcuddur, küçə və meydanlarda reklamlarda adi qrammatik qaydalara riayət olunmur.

"YAXŞI Kİ, O TELEKANAL YOXDUR"

Müzakirələrdən sonra isə Əli Həsənov deyib:

"Aparıcılar dilimizi yaxşı bilməklə yanaşı, niyə gözəl fiziki göstəriciləri də olmasın?! Yaxşı olar ki, aparıcılar həm də zəngin intellektə malik olsunlar”. Sputnik Azərbaycanın verdiyi xəbərə görə, Prezidentin köməkçisi televiziyaların tərkibində akademiyaların yaradılmasını da vacib sayıb: “AzTV-də, İctimai Televiziyada Azərbaycan dili ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Nuşirəvan Məhərrəmli bu məsələni son illər tez-tez qaldırır, monitorinqlər keçirir. Bu da bəzilərinin xoşuna gəlmir. Bir telekanalın rəhbəri MTRŞ sədrinə yazmışdı ki, milli-mənəvi dəyərlərin nə olduğunu yazın, altına imza qoyub, mənə göndərin. Yaxşı ki, indi o telekanal yoxdur”.

“Arif Rəhimzadə Moskvada açıqlama vermişdi, identifikasiya aparmışdı ki, türk dili və Azərbaycan dili fərqlidir. O başqa məsələdir ki, Azərbaycan dili türk dili qrupuna daxildir. Lakin bu, Türkiyə əleyhinə məsələ kimi qabardıldı, Arif Rəhimzadə bu sözünə görə bir telekanalda bir aparıcı tərəfindən tənqid olundu. Yaxşı ki, indi o aparıcı və o telekanalın rəhbəri yoxdur”

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG