Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:51

“Likvidlik probleminin həll edilməsi Azərbaycanda kredit faizlərini də aşağı salmaq imkanı yaradıb”.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev belə deyib. O, Bakida keçirilən 5-ci İnvestorlar Yarmarkasında çıxış edib.

Z.Nuriyev qeyd edib ki, hazırda mikromaliyyə təşkilatları illik təxminən 40 faizlə kredit verir. Onun deməsinə görə, amma artıq imkanlar yaranıb ki, likvid vəsaitlərin formalaşması hesabına bu faizlər aşağı salınsın.

Buna da bax:​ Maliyyə Nazirliyi faizləri 'dibə' saldı

“Hazırda bank sektorunda 4 mlrd manat məbləğində likvidlik yaranıb. Artıq, xaricdən vəsait cəlb etməyə ehtiyac qalmayıb. Banklar daxildən manatla vəsait cəlb edib. Yaxın vaxtlarda banklararası açıq hərrac mexanizmi işə düşəcək və mövcud likvid vəsaitlər maliyyə subyektləri, bazar iştirakçıları arasında bölünəcək”, - o, bildirib.

Z.Nuriyev əlavə edib ki, əvvəllər bank sektorunun qarşısında duran məsələ vəsait cəlb edilməsi idisə, hazırda prioritet bu vəsaitlərin sərfəli şərtlərlə ölkə iqtisadiyyatına ötürülməsidir.

Buna da bax:​ Bu durum bankları da, hökuməti də qane edir

Xatırlatma

Ekspertlər deyir ki, ölkədə 2015-ci ildə baş verən devalvasiyalardan və manatın 2 dəfə ucuzlaşmasından sonra kredit götürmək xeyli çətinləşib. Xüsusilə də manatla kredit verilməsinin kəskin azaldığı bildirilir.

Üstəlik, devalvasiyalardan sonra manatla götürülən kreditlərin də faiz dərəcəsinin artdığı söylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG