Moskva məhkəməsi oktyabrın 6-da müxalifətçi bloqqer Aleksey Navalny-ya 20 günlük həbs qərarını qüvvədə saxlayıb.
Navalny oktyabrın 2-də icazəsiz mitinqlərə çağırış ittihamı ilə həbsə məhkum edilmişdi.
Navalny bu ittihamı rədd edir.
Həbsindən sonra – oktyabrın 3-də Navalny öz tərəfdarlarına müraciət edib ki, oktyabrın 7-də Rusiya boyu azad seçki tələbi ilə mitinqlər keçirsinlər.
Oktyabrın 7-si Putinin 65 yaşı tamam olur.