Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:12

Ə.Həsənov: 'Telekanallarda dövlət dilində pis danışırlar'


Əli Həsənov

«Müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib».

Bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov oktyabrın 6-da mediada dövlət dilindən istifadə olunmasına həsr edilmiş konfransda bildirib.

«Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan sözlərin işlədilməsinin şahidi oluruq», - o vurğulayıb.

Ə.Həsənov ölkə prezidentinin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi haqqında 2012-ci ildə imzaladığı sərəncamı xatırladıb:

«Sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Çox zaman filmlərin dublyajında, xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur. Küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir».

Ə.Həsənov vurğulayıb ki, sadalanan həmin nöqsanlar bu gün də aradan tam qaldırılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG