Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:40

58 QHT AŞPA prezidentini vəzifədən uzaqlaşdırmağa çağırır


Pedro Agramunt

“Biz , Vətəndaş Həmrəyliyi Platforması-nın üzvləri və eləcə də Avropanın müxtəlif yerlərindən olan QHT-lər Avropa Şurasının Parlament Assambleyasının sədri Pedro Agramuntun tutduğu vəzifədən uzalqaşdırılması haqda Assambleyanın 158 üzvünün təşəbbüsünü dəstəkləyirik və oktyabrın 9-da Assambleyanın növbəti iclasında bu təşəbbüsü digər üzvlərin də dəstəkləməsinə çağırırıq”

Bu,QHT-lərin koalisiyası olan Vətəndaş Həmrəyliyi Platformasının və Avropanın müxtəlif QHT-lərinin birgə imzaladığı müraciətdə deyilir. Müraciət AŞPA üzvlərinə Açıq Məktubdur.

Arasında Azərbaycan QHT-lərinin də olduğu 58 QHT-nin müraciətində deyilir ki, Agramunta etimad səsverməsi AŞPA-nın insan haqlarının və qanunun aliliyinin müdafiəçisi nüfuzunu yenidən canlandıra bilər.

Müraciətdə bildirilir ki, Assambleya bəzi üzvlərinin qeyri-etik, korrupsioner davranışına çox dözüb, Belə davranış isə bir çox etibarlı araşdırmalarda və sonuncu olaraq “Azərbaycanın pulyuma maşını” adlı hesabatda əks olunub.

Buna da bax: 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Müraciətdə deyilir ki, belə korrupsiya Avropa Şurasına olan etimada zərər vurur.

Müraciəti imzalayanlar arasında Azərbaycanın İnsan Haqları Qrupu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, Media Hüquqları İnstitutu, “Siyasi Mühacirsiz Azərbaycan” İctimai Alyansı, eləcə də Sülh və Demokratiya İnstitutu (Niderland/Azərbaycan),Strateji Araşdırmalar Regional Mərkəzi (Gürcüstan/Azərbaycan) var.

Açıq Məktubu imzalayanlar arasında Polşanın, Belçikanın, Rusiyanın, Ermənistanın, Fransanın və başqa ölkələrin QHT-ləri var.

Agramunt Rusiya Dumasının Deputatları ilə Suriyaya gedib, Suriya prezidenti Bashar Assadla görüşəndən sonra AŞPA Bürosu aprelin 28-də qərar verdi ki, Agramunt AŞPA prezidenti kimi rəsmi səfərlər edə və AŞPA adından bəyanatlar verə biməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG