Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:47

Mueller-in təhqiqatçıları rus dosyesinin müəllifiylə görüşübmüş


Robert Mueller

ABŞ təhqiqatçıları prezident Donald Trump-ın seçki kampaniyasıyla Rusiya arasında əlaqələrlə bağlı iddiaların yer aldığı dosyeni hazırlamış keçmiş britaniyalı xəfiyyəylə görüşübmüş. Bu haqda oktyabrın 5-də CNN məlumat yayıb.

ABŞ-ın xüsusi müşaviri Robert Mueller-in komandasına daxil təhqiqatçılar Christopher Steele-lə bu ilin əvvəlində görüşüblər. Təhqiqatçıları Rusiyanın Birləşmiş Ştatlarda ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırırlar.

«The Associated Press» və «Reuters» informasiya agentlikləri də adı çəkilməyən mənbələrin görüşü təsdiqlədiyini yazır.

Britaniyanın MI6 xarici kəşfiyyat agentliyinin keçmiş aparıcı əməliyyatçısı Steele bu dosyeni əvvəlcə Trump-ın respublikaçı rəqibləri üçün hazırlayıb. Daha sonra hesabatın maliyyələşməsini demokratlar öz üzərilərinə götürüb.

Sənəddə yer alan təsdiqlənməmiş materiallarda Rusiyanın Trump barədə gözdənsalan materiallara sahib olması iddia edilir. Trump bunları «saxta xəbər» adlandırıb.

«BuzzFeed» 35-səhifəlik dosyeni tam şəkildə yanvarda dərc edib. Bəzi media qurumları isə bu sənəddə yer alan iddiaları yaymamağa qərar verib.

Trump özünün və əməkdaşlarının Rusiyayla hər hansı işbirliyinə getməsini bir neçə dəfə inkar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG