Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:17

Moskvanın şərqində qatar avtobusla toqquşub, Rusiya rəsmiləri 16 nəfərin həlak olduğunu deyirlər.

Region polisi toqquşmanın oktyabrın 6-da, yerli vaxtla 3:30-da, Vladimir dairəsindəki qatar stansiyası yaxınlığında baş verdiyini bildirir.

Rusiya xəbər agentlikləri avtobusun Qazaxıstan nömrəsi daşıdığını yazır. Daxili İşlər Nazirliyinin yerli idarəsi avtobusun dəmiryol relsini qırmızı işıqda keçməyə çalışdığını bildirir.

Yerli rəsmilər 16 nəfərin, dövlətə məxsus TASS agentliyi isə 19 nəfərin öldüyünü qeyd edir.

«RIA Novosti» agentliyinin yazdığına görə, avtobusda Özbəkistan vətəndaşları olub. Qəza vaxtı avtobusdakı 55 sərnişindən çoxunun yuxuya getdiyi xəbər verilir. Sürücü qışqıranda 34 nəfər avtobusdan tullanıb, içəridə qalanlar həlak olub. Avtobus iki yerə parçalanıb.

Qazaxıstanın Xarici Işlər nazirliyinin sözçüsü Anuar Zhainakov bildirib ki, avtobusun dövlət nişanları Qazaxıstana məxsus olub. Avtobusda 55 özbək sərnişin və iki qazax sürücü olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG