Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Milli Şuranın mitinqinə icazə verilib


Milli Şuranın aksiyası, 8apr2017

Bu gün, oktyabrın 5-i Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mitinqlə bağlı müraciətinə cavab verib.

Milli Şuranın məlumatına görə, BŞİH onların oktyabr ayının 7-nə planlaşdırdıqları mitinqin keçirilməsinə razılıq verib.

Milli Şura mitinq qərarını, hələ, sentyabr ayının əvvəlində verib. Sentyabrın 23-də Milli Şuranın “Talana yox” şüarı ilə mitinqi keçirilib.

Aksiyada çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

Buna da bax:​ Şəkidə Müsavat fəalına 25 sutka verildiyi deyilir

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də çıxış edərək, eyni ittihamı Milli Şura rəhbərləri haqda söyləyiblər. Üstəlik, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi Yerevandan gəlib.

Ötən həftə Milli Şura oktyabrın 7-də növbəti aksiyanın keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Ancaq aksiyaya icazə verilsə də mitinqlə bağlı fəalların polis şöbələrinə çağırıldığı bildirilir. Onlardan mitinqdə iştirak edib etməyəcəklərinin və bütün yaxın qohumlarının harda işlədiyinin soruşulduğu söylənir.

Buna da bax: Müxalif fəalların polisə çağırıldığı deyilir [yenilənib]

Polisə çağırılanlar arasında Milli Şuraya daxil olmayan müxalifət partiyalarının da fəallarının olduğu bildirilir.

Ancaq bu məlumatlara, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Milli Şuranın son mitinqində təşkilatçılar 50-dən çox fəalın polisə çağırıldığını, onlardan 7-nin inzibati qaydada həbs edildiyini açıqlamışdılar. Həmin şəxslər polisin qanuni tələbini yerinə yetirməməkdə ittiham olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG