Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:31

Amerikalı həmsədr Andrew Schofer Qarabağda olub


Andrew Schofer Bako Sahakian-la görüşüb

Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Sahakian oktyabrın 4-də ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şoferi (Andrew Schofer) qəbul edib.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi və regiondakı vəziyyət müzakirə olunub.

Hər iki tərəf münaqişənin Minsk qrupu çərçivəsində həlli və bu yöndə davamlı işin vacibliyini vurğulayıblar.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG