Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

Hakerlər NATO əsgərlərinin telefonlarını sındırıb


Foto arxiv

“The Wall Street” qəzeti Polşadakı NATO əsgərlərinin şəxsi smartfonlarına hücum edildiyini yazır.

Qəzetin öz mənbələrinə istinadla verdiyi məlumata görə, NATO hesab edir ki, bunu rusiyalı hakerlər edib.

Amerikalı podpolkovnikin sözlərinə görə iyulda Polşa bazasında atışmadan sonra onun şəxsi iPhone-u qəflətən bloklanıb və rusiyalı haker müdafiənin ikinci qatını sındırmağa çalışıb.

Podpolkovnikin sözlərinə görə, onun tabeçiliyində olan 6 nəfərin telefonları və ya “Feysbuk” hesabları sındırlıb.

Həmçinin Estoniyanın “Tapa” bazasında xidmət edən bir çox əsgər telefonların qəribəliyindən şikayətləniblər.

2017-ci ilin yanvarında Fransa və Britaniya əsgərlərinin gəlişinə bir az qalmış əsgərlərin telefonundakı yazışmalar və ünvan ktabçası itməyə başlayıb.

NATO-nun nümayəndəsi “The Wall Street”-ə bildirib ki, bunu ciddi təhlükə saymır, bu sadəcə əsgərləri cinləndirmək cəhdidir.

Alyans hesab edir ki, bu hücumlar dövlət dəstəyi ilə törədilir, məsələn xüsusi avadanlıqla təhciz edilmiş pilotsuz aparatla.

Estoniya, Litva və Latviya dəfələrlə kiberhücumlardan gileyləniblər.

Onlar buna görə Rusiyanı ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG