Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:21

Kanada parlamentinin icmalar palatası “Magnitsk qanunu”nun analoqunu qəbul edib


Kanada parlamenti

Kanada parlamentinin icmalar palatası oktyabrın 4-də “Magnitsk qanunu”nun analoqunu qəbul edib.

277 deputatın hamısı qanun layihəsinin lehinə səs verib.

İndi sənəd Senatın müzakirəsinə göndəriləcək və qəbul edilsə qüvvəyə minəcək.

Bu qanun Kanadaya insan haqlarını pozan xaricilərin əmlakı və bank hesablarını müsadirə etmək imkanı verir.

Kanadanın xarici işlər nazirliyi bildirib ki, yeni qanun layihəsi Ottavaya insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etmək və korrupsiya ilə mübarizə imkanları verəcək.

Rusiyanın xarici işlər nazirliyi Kanada parlamentinin bu addımından məyusluq bildirib.

Nazirliyin sözçüsü Maria Zakharova hesab edir ki, bu qanun layihəsi Moskva ilə Ottava arasındakı münasibətlərin pozulmasına aparacaq.

Maria Zakharova
Maria Zakharova

O qeyd edib ki, sənəd Rusiya vətəndaşlarına qarşı yönəlib.

Zakharova qeyd edib ki, Rusiya Kanadanın qəbul etdiyi bu sənədə cavab verəcək.

Qeyd edək ki, ABŞ 2012-ci ildə "Maqnitski qanunu" qəbul edib.

Bu qanuna əsasən Rusiyada insan hüquqlarını pozmuş vəzifəli şəxslərin adı "qara siyahı"ya salınıb. Söhbət həmin şəxslərin bank hesablarının dondurulması və onlara qarşı viza qadağasından gedir.

2016-cı il dekabrın 9-da isə ABŞ Konqresi Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanununu (“Global Magnitsky Human Rights Accountability Act”) qəbul edib.

Bu qanun 2012-ci ildə qəbul edilmiş Maqnitski İnsan Haqları qanununun təsir dairəsini daha da genişləndirir.

Bunlara da bax: ABŞ-a azərbaycanlı generalı cəzalandırmaq təklif olunur

ABŞ konqresmenləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyən sənəd təqdim ediblər

Əvvəllər bu qanun yalnız Rusiya vətəndaşlarına şamil edilirdisə, indi yeni qanun hər bir ölkəni əhatə edə bilər.

Magnitsky aktı” öncə Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin 2009-cu ildə həbsxanada ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı tətbiq edilib.

Sergei Magnitsky
Sergei Magnitsky

Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Maqnitskinin ölümündən sonra Konqresmen Cin Manqover və senator Benjamin Kardin "Maqnitski qanunu" təklifini verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG