Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:56

Başçının müavini: 'Lerik-Lənkəran yolu açılıb, amma...'


Yol sürüşməsi

«Oktyabrın 4-də axşam Lerik-Lənkəran yolunun 27-52-ci kilometrlərində problemlər meydana çıxmışdı. Yol bağlanmışdı, indi yol açılıb, amma problemlər var...».

Bunu Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev bildirib.

Onun deməsinə görə, belə durumun yaranmasına səbəb aramsız yağan yağışlardır:

«10 gün idi, demək olar ki, aramsız yağışlar yağırdı. Bu da oktyabrın 4-də ciddi torpaq sürüşməsinə səbəb oldu, yol bağlandı. Amma bu gün bu hal aradan qaldırılıb, yol işlək hala salınıb».

C.Baxşıyev deyir ki, dağlardan gələn sel suları kötükləri və ağacları yola gətirib. İndi onlar yollardan təmizlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG