Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:18

ABŞ Konqresində mətbuat azadlığı üzrə dinləmələr olacaq


ABŞ Konqresi

ABŞ Helsinki Komissiyası və Nümayəndələr Palatası bu gün, oktyabrın 4-də postsovet dövlətlərində jurnalistlərə hücumlar mövzusunda dinləmələr keçirəcək.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, təşkilatçılar hesab edir ki, postsovet məkanında avtoritar rejimlər jurnalistlərə sistemli şəkildə hücum edərək, mətbuatı qorxutmağa və susdurmağa çalışırlar.

Buna da bax:​ ABŞ Mehman Əliyevə qarşı ittihamların ləğvinə çağırır

Dinləmələrdə Rusiya və digər postsovet ölkələrində jurnalistlərin vəziyyəti ilə bağlı əsas məsələlər nəzərdən keçiriləcək. Bura jurnalistlərin rolu, təsiri, hüquqları, təhlükəsizliyi və müdafiəsi ilə bağlı problemlər daxildir.

Dinləmələrdə Azad Avropa/Azadlıq Radiosunun direktoru Tomas Kentin, "Amerikanın Səsi" radiosunun direktoru Amand Bennetin və Jurnalistləri Müdafiə Komitəsinin proqram koordinatoru Nina Oqnyanovanın çıxışları gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG