Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 21:57

İŞİD-ə qoşulmaqda suçlananlara hökm oxundu


Bakı Ağır Cinayətlər Məhkəməsi

İŞİD (İslam Dövləti silahlı qruplaşması - red.) sıralarında döyüşməkdə suçlanan Afiq Qəhrəmanov və onun Suriyaya gedişi üçün yol xərcini ödəməkdə günahlandırılan Rəşadət Qasımovun aylardır davam edən məhkəməsi yekunlaşıb.

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub – Afiq Qəhrəmanov 10, Rəşadət Qasımov isə 11 il azadlıqdan məhrum edilib.

Buna da bax:​ Rusiya İŞİD-in qazax komandanının öldürüldüyünü deyir

Təqsirləndirilən şəxslərdən Afiq Qəhrəmanov özünü qismən təqsirli bilsə də, Rəşadət Qasımov ümumiyyətlə, günahsız olduğunu söyləyir. Deyir ki, dostu Afiq ondan 300 manat borc pul istəyib, o da verib. Həmin pulun hara xərclənəcəyindən də xəbəri olmayıb. Amma Rəşadət “Skype” vasitəsi ilə “Əl-Nüsra” cəbhəsindən olan adamlarla danışdığını da inkar etməyib: “Mənə deyirdilər ki, ‘bura yaxşıdı, gəl bura’. Mən getmədim”.

Suriyaya getməmişdən əvvəl Bakıda idman zallarından birində məşqçi işləyən Afiq Qəhrəmanov isə bildirir ki, orada olanları gedib görəndən sonra yanıldığını başa düşüb və geri qayıdıb: “Suriyaya oradakı yerli camaata kömək eləmək məqsədi ilə getmişəm. Televizorda görürdüm ki, oradakıların vəziyyəti pisdir, uçqunların altında qalanlar var. Mən də getdim ki, onlara kömək eləyim, uçqun altında qalanları çıxarım. Amma gedib gördüm ki, vəziyyət mən deyən kimi deyil. Ona görə də on dörd gün sonra Azərbaycana qayıtdım”.

Buna da bax: DTX rəisi : “900 azərbaycanlı İŞİD-ə qoşulub”

Təqsirləndirilən şəxslər hökmdən narazıdır və apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG