Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:07

Avropa Birliyində müəllimlərin əksəriyyəti qadınlardır


Eurostat, the statistical office of the European Union logo

2015-ci ildə Avropa Birliyindəki ibtidai və orta məktəblərdə 5,7 milyon müəllim çalışıb.

Bunun ümumilikdə 72%-i (4,1 milyon) qadınlar olub.

Avropa Statistika Bürosu-nun (Avrostat) “Avropa Birliyində müəllimlər” hesabatında belə deyilir.

Bunların ümumilikdə 9 faizi 30 yaşdan aşağı, təxminən 36 faizi isə 50 yaş və ondan yuxarı olub.

Ən çox müəllimə ümumilikdə Latviya və Litvanın payına düşür-85 faizdən çox.

Məsələn Latviyada müəllimlərin 87%, Litvada 85%, Bolqarıstanla Estoniyada 83%, Sloveniyada 81%, İrlandiya ilə İtaliyada isə 80% faizi qadınlar olub.

50 yaşa çatmış müəllimlərin qrupunda isə 57%-lə İtaliya öndə gedir.

Həmçinin Bolqarıstanda bu göstərici 48%, Estoniya ilə Litvada 47%, Latviya ilə Almaniyada isə 45 % olub.

Ümumilikdə müəllimlərin 9% isə 60 yaşdan yuxarı olub.

Bu qrupda da ən yüksək göstərici yenə də İtaliya ilə Estoniyadadır-18% və 17%.

Qeyd edək ki, hər il oktyabrın 5-i “Beynəlxalq müəllimlər günü”dür.

Günün bütün mövzuları

XS
SM
MD
LG