Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:48

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) iki struktur bölmə birləşib. Birləşmə «Azneft» İstehsalat Birliyinin (İB) bazasında baş tutub.

Birləşmə bu gün, oktyabrın 4-də elan edilib.

«Azneft» «SOCAR-Ümid» MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub.

«SOCAR-Ümid» MMC şirkəti 2008-ci ilin iyununda SOCAR (80 faiz) və «Nobel Oil Exploration&Production» ofşor şirkətinin (Sent-Kits Federasiyası, 20 faiz) iştirakı ilə yaradılıb.

Təsis edilən zaman şirkətin kapitalı 10 min manat olub. Bu gün isə «SOCAR-Ümid» MMC-nin nizamnamə kapitalı 458 mln. 985 min manatdır.

«Ümid» dəniz strukturu qaz yatağıdır. Kəşfiyyat məlumatlarına görə, bu yataqda 200 mlrd. kubmetr qaz və 30-40 mln. ton kondensat var.

XATIRLATMA

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

Son illər SOCAR-ın işçiləri azalmadadır. Bu il iyunun 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı işçilərinin sayı 50 min 272 nəfər olub.

Ötən ilin sonunda SOCAR-da 50 min 735, 2015-ci ildə isə 52 min 104 nəfər çalışıb.

2014-cü ilin sonuna isə bu dövlət şirkətində 54 min 714 nəfər işçi olub. Bu, son iki ildə SOCAR-ın 4 min 500-ə yaxın işçi itirdiyi anlamına gəlir.

«Moody's» beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini aşağı salıb.

«Moody's»in bu yaxınlarda açıqlanmış press-relizində bildirilirdi ki, SOCAR-ın dərəcələr üzrə reytinqi «Ba1» səviyyəsindən «Ba2» səviyyəsinə (spekulyativ xarakterli, əsaslı kredit riski) endirilib. Şirkətin reytinqlər üzrə proqnozu isə «sabit» saxlanılıb.

SOCAR-ın 2016-cı ilin yekunlarına görə, 35.3 milyard manat maliyyə öhdəlikləri var. Bu rəqəm elə şirkətin 2016-cı illə bağlı hesabatından götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG