Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:25

Kazanda bomba təhlükəsi ilə bağlı 155 anonim zəng daxil olub


Kazan

Rusiyanın hüquq-mühavizə orqanları oktyabrın 3-də Kazanda bomba təhlükəsi ilə bağlı anonim zəngləri araşdırırlar.

Həmin gün Kazan universitetinin əməkdaşları və tələbələr bomba təhlükəsinə görə evakuasiya edilib.

Ümumilikdə vergi xidməti, icra komitəsi, məktəblər və digər idarələr də daxil olmaqla hüquq-mühavizə orqanlarına 155 belə zəng daxil olub.

Tsargrad.tv saytı və digər mənbələrin məlumatına görə, bomba təhlükəsi ilə bağlı məlumatların hamısı “mexaniki səslə” diktə edilirmiş.

Məlum olub ki, bu məlumatların hamısı eyni İP-dan daxil olub.

Hazırda şübhəlilərin axtarışı gedir.

Artıq bir aya yaxındır ki, Rusiyanın müxtəlif şəhərlərində bomba həyacanı yaşanır.

Bu halların heç birində partlayıcı qurğu aşkar edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG