Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:17

Venesuela prezidenti Rusiya qarşısındakı borc öhtəliyinin yerinə yetiriləcəyini deyir


Nicolas Maduro

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Rusiya qarşısındakı bütün borc öhtəliyini yerinə yetirəcəyini deyib.

“Qazetı.Ru”-nın məlumatına görə,o bunu Rusiyada keçirilənenergetika həftəsində çıxış edərkən deyib.

“ABŞ administrasiyası hər vasitə ilə kreditçilər qarşısındakı öhtəliklərimizin yerinə yetirilməsinə mane olur. Bizi təqib edirlər, amma biz öhtəliklərimizi qəti şəkildə yerinə yetirəcəyik” Maduro deyib.

Maduro Rusiyaya olan borcla bağlı sualı cavablandırarkən bu məsələdə problem olmadığını deyib.

Maduro qeyd edib ki, bu məsələ ilə bağlı hökumətlərarası razılaşma mövcuddur.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya ilin sonunadək Venesuelaya yeni borcun paketini razılaşdıra bilər.

Maduronun Rusiyadan Belarusa, ordan isə Türkiyəyə gedəcəyi gözlənilir.

Qeyd edək ki, Maduro-nun səfəri ölkədəki daxili gərginlik dövrünə təsadüf edir.

Venesuala hazırda dərin iqtisadi və siyasi böhran dövrünü yaşayır.

Bu ilin avqustunda Venesuelada “Konstitusiya assambleyası”na seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşib.

Bu yeni siyasi orqan ölkə konstitusiyasını dəyişmək üçün yaradılıb.

“Konstitusiya assambleyası” avqustun ortalarında müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

Əksər qərb ölkələri və beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən ölkədə etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində hərbçilər aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG