Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:16

Xalq Cümhuriyyətinə aid sənədlər Azərbaycana verilib


Türk İslam ordusu Bakıda. 1918

İsveçrədə səfərdə olan Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsinin kitabxanasında olublar.

Xəbəri bu gün, oktyabrın 4-ü Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi yayıb.

Kitabxananın müdiri Francesco Pisano deyib ki, BMT-nin Cenevrə bölməsində Millətlər Liqasının arxivi yerləşir və bu arxivin Azərbaycandan ötrü misilsiz əhəmiyyəti var:

«Çünki burada Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir çox tarixi sənədlərin əsilləri qorunub saxlanır. Bu sənədlər sırasında Paris sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin hazırladığı məktublar, müraciətlər, xəritə və digər mühüm tarixi sənədlər mövcuddur».

2016-cı ilin sonunda Azərbaycanın Cenevrədəki beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin təşəbbüsü ilə arxiv materiallarının təhvil verilməsi ilə bağlı kitabxana ilə Memorandum imzalanıb. Memoranduma əsasən, 36 min səhifəni əhatə edən sənədlərin rəqəmsal surətləri hazırlanıb və elektron daşıyıcı oktyabrın 3-də Azərbaycan tərəfə təhvil verilib.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. 1920-ci il aprelin 28-də Rusiyanın işğalı nəticəsində süqut edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG