Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 23:26

Saakashvili Ukraynadan siyasi sığınacaq istəyib


Mikheil Saakashvili

Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili Ukraynadan siyasi sığınacaq istəyib.

Bu barədə UNİAN agentliyinə onun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, Saakashvili hələ sentyabrın 11-də Ukraynanın miqrasiya xidmətinə müraciət edərək ona əlavə müdafiəyə ehtiyaçı olan status verilməsini istəyib.

Vəkil qeyd edib ki, xidmət Saakashviliyə cavab verməyib və onlar buna görə miqrasiya xidmətini məhkəməyə veriblər.

Ukraynanın ədliyyə nazirliyi isə Saakashvilinin ekstradasiyası barədə hələlik qərar qəbul edilmədiyini bildirir.

Qeyd edək ki, Lvov vilayət məhkəməsi ötən həftə Mikheil Saakashvilini ölkə sərhədini qanunsuz keçməkdə təqsirli bilərək,ona 130 dollara yaxın cərimə kəsib.

Ukrayna prezidenti Petro Poroshenko bu ilin iyulunda ABŞ-da səfərdə olarkən Saakashvilini vətəndaşlıqdan məhrum edib.

O, sentyabrın 10-da tərəfdarlarının dəstəyi ilə Polşa sərhədindən Ukraynanın Lvov şəhərinə keçib.

Hakimiyyəti korrupsiyaya qurşanmaqda ittiham edən Saakashvili ölkədə islahatlar aparılmasını tələb edir.

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG