İraqın keçmiş prezidenti və kürd lideri Jalal Talabani oktyabrın 3-də 83 yaşında vəfat edib.
İraq televiziyasının məlumatına görə, Talabani Almaniyadakı hospitallardan birində vəfat edib.
Talabani 2012-ci ildə insult keçirmiş və həmin il müalicə üçün Almaniyaya getmişdi.
İraq kürdüstanının liderlərindən olan Talabani keçmiş Səddam Hüseyin rejiminin devrilməsindən 2 il sonra-2005-ci ildə İraq prezidenti seçilib, 2014-cü ildə isə istefaya gedib.
O İraqın 7-ci, milliyətcə isə ərəb olmayan birinci prezidenti olub.
Talabani 1933-cü ildə Ərbildə doğulub.