Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:27

Xədicə İsmayıl polisdə sorğu-sual edilib


Xədicə İsmayıl prokurorluğa çağırılıb... 19 iyun 2017

Araşdırmaçı jurnalist, AzadlıqRadiosu-nun əməkdaşı Xədicə İsmayıl bu gün, oktyabrın 3-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində dindirilib. Ona bölmənin əməkdaşı şərti cəza rejimi ilə bağlı suallar verib.

Bu haqda jurnalistin özü bildirib.

Jurnalistin polis bölməsindən çıxdıqdan sonra verdiyi məlumata görə, çağırışın səbəbi kimi ilk olaraq ona müxalifətin mitinqinə getməsini göstəriblər. Daha sonra şərti cəza rejimi ilə bağlı suallar verilib.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

“Orda bildirdilər ki, şərti cəzanıza nəzarət bizim polis bölməsindədir. Harda yaşadığımı soruşdular. Bildirdim ki, qardaşımgildə qeydiyyatdayam, orda, hərdən də anamgildə yaşayıram. Dedilər ki, bir aydır həmin ünvanı izləyirlər, mənim ora gəldiyimi müşahidə etməyiblər. Mənsə, “yaxşı izləmirsiz, gəlirəm” – söylədim”.

X.İsmayıl deyib ki, polisdə ondan əsaslı səbəb göstərmədən nənə, baba, bibi, dayı, qardaş, bacı, bütün qohumlar barədə izahat yazmasını istəyiblər.

“Bildirdim ki, mənim yaşayış ünvanıma bağlı adamlar haqda suallara cavab verə bilərəm. Qalan adamlar barədə məlumat verməyi qeyri-etik sayıram”, – deyə jurnalist bildirib.

Buna da bax:​ Avropa Məhkəməsi 9 jurnalistə 'stop' qoyulmasını araşdırır

X.İsmayılova korrupsiyaya və çirkli pulların yuyulması ilə mübarizə üzrə beynəlxalq jurnalist qrupunun bu günlərdə açıqlanmış məruzəsinin hazırlanmasında iştirak edib.

Bu qrupun Azərbaycan üzrə sonuncu araşdırması böyük qalmaqala səbəb olub. Araşdırmada bildirilir ki, son illər Azərbaycandan 3 milyard avro çıxarılıb. Həmin vəsaitin mənimsənildiyi və avropalı siyasətçilərin əla alınmasına sərf edildiyi iddia edilir.

Buna da bax: Xədicə İsmayıl 'Allard' mükafatının qalibidir

Azərbaycan rəsmiləri isə araşdırmada yazılanları təkzib edir, bunu Azərbaycanı sevməyən qüvvələrin böhtanı sayırlar.

XATIRLATMA

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs olunduğunu bəyan edirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG