Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:15

Əli İnsanov süründürməçiliyə son qoyulmasını istəyir


Keçmiş səhiyyə naziri Əli İnsanov

Keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Bu haqda AzadlıqRadiosu-na keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, Əli İnsanovun 7 il azadlıqdan məhrum edilməsinə dair hökmün qüvvədə saxlanması haqda Bakı Apellyasiya Məhkəməsinin qərarından üç aydan çox vaxt keçib. Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilsə də, baxılmır.

Buna da bax:​ Əli İnsanova bəraət istənilir

Toğrul Babayevin sözlərinə görə, keçmiş nazir Ali Məhkəmənin sədrinə ünvanladığı müraciətdə onun işi ilə bağlı süründürməçiliyə yol verilməməsini, kassasiya şikayəti üzrə məhkəmənin təyin olunmasını istəyib.

Xatırlatma

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Buna da bax: Əli İnsanova 7 il cəza verildi, 11 il cəza çəkəndən sonra [yenilənib]

Əli İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG