Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Belçikanın paytaxtı Brüsseldə Azərbaycanla Avropa Birliyi (AB) arasında yeni ikitərəfli saziş layihəsinin ticarət, sərmayə və enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib.

Bu məlumatı bu gün, oktyabrın 3-ü Energetika Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, danışıqlarda nazirliyi Hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib.

Saziş layihəsinin «Ticarət və davamlı inkişaf», «Enerji və xammal», «Əmtəə ticarət», «Ticarətdə texniki maneələr» fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

A.Əliyeva deyib ki, layihənin «Enerji və xammal» bölməsinin ilk dəfə olaraq təqdimatı keçirilib.

Tədbirin sonunda müzakirələrin davamı kimi bu ilin oktyabr ayı ərzində tərəflər arasında video-konfransın keçirilməsi planlaşdırılıb.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Bu yaxınlarda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, saziş bu il imzalanmaya bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG