Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Bu gün, oktyabrın 3-ü prezident İlham Əliyev Ukraynanın xarici işlər naziri Pavlo Klimkin-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev bildirib ki, əsas məsələlər iki ölkənin imkanlarından istifadə edərək, ticarət dövriyyəsinin artırılmasından və mümkün investisiya layihələrinin müəyyənləşdirilməsindən ibarətdir.

P.Klimkin isə deyib ki, Azərbaycan prezidentinin Ukraynaya səfərini ölkəsində səbirsizliklə gözləyirlər.

P.Klimkin-in başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 2-də Azərbaycana gəlib. O, prezidentdən sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşməlidir. Xarici işlər nazirlərinin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG