Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:08

Facebook-da 10 milyon nəfər Rusiyaya bağlı reklamları görüb


Facebook

Facebook sosial şəbəkəsi bildirir ki, ötən il ABŞ-da prezident seçkisindən öncə və sonra Rusiyaya bağlı reklamları 10 milyon nəfər görüb.

Oktyabrın 2-də sosial şəbəkə 3 mindən çox reklamın surətini Konqresin üç komitəsinə təqdim edib. Həmin komitələr Rusiyanın 2016-cı il seçkilərinə iddia olunan müdaxiləsini araşdırır.

Facebook təmsilçisi Elliot Schrage bloq yazısında qeyd edib ki, «reklamların çoxu bölücü sosial və siyasi mesajlara fokuslanıb, LGBT-dən tutmuş, irqi, immiqrasiya və silah hüquqlarınadək müxtəlif mövzuları əhatələyib».

Facebook elə oktyabrın 2-də bildirib ki, aldadıcı reklamların gələcəkdə seçkilərə müdaxiləsini önləməkdən ötrü 1000-dən çox əlavə işçi götürəcək.

Sosial şəbəkənin qlobal siyasət üzrə vitse-prezidenti Joel Kaplan-ın sözlərinə görə, reklamlar Rusiyanın «Internet Research» adlı şirkətinə bağlı olub, bu şirkət Facebook-un siyasətini pozub, çünki reklamlar saxta hesablardan gəlib.

2015-17-ci illərdə yerləşdirilmiş reklamların 44 faizinə seçkidən öncə baxıldığı açıqlanıb. Bəzi reklamlara görə ödənişlər rus rubluyla olunub.

ABŞ-ın kəşfiyyat agentlikləri Rusiyanı seçkiyə respublikaçı Donald Trump-ın xeyrinə müdaxilədə suçlayırlar. Moskva bu iddiaları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG