Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:35

İlham Əliyev ABŞ prezidentinə başsağlığı verib


Las Vegas-da atışmalardan sonra. 1okt2017

Prezident İlham Əliyev ABŞ-ın Las Veqas şəhərində çoxsaylı insanın həlak olması ilə bağlı ABŞ prezidenti Donald Trumpa başsağlığı verib.

Ölkə başçısı vurğulayır ki, Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbər onu son dərəcə sarsıdıb.

“Bu dəhşətli hadisə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan, Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Azərbaycan Xarici İşlər Nazirliyi də başsağlığı teleqramı göndərib.

Buna da bax:​ ABŞ: 'Rusiya İranı nüvə təftişlərindən qorumağa çalışır'

Nazirlik həmçinin bildirir ki, hadisə yerində Azərbaycan vətəndaşlarının olub-olmamasını ölkənin Los Ancelesdəki Baş konsulluğu araşdırır.

Xatırlatma

ABŞ-ın Las Veqas şəhərində hotel yaxınlığında konsertə gələnlərə atəş nəticəsində 50-dən çox adam ölüb, 400-dən çox adam yaralanıb. Bunu oktyabrın 2-də Nevada ştatının polis rəisi Joseph Lombardo bildirib.

“Associated Press”in məlumatına görə, polis bildirib ki, şübhəli şəxs Las Vegas sakinidir.

Buna da bax:​ ABŞ-ın baş komandanı İranla sazişdən çıxmağın əleyhinədir

Polisin şübhəli bildiyi həmin şəxs oktyabrın 1-də axşam saatlarında “Mandalay Bay” hotelinin 32-ci mərtəbəsindən avtomat silahla adamlara atəş açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG