Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Nobel mükafatı "bioloji saata" verilir


Jeffrey C. Hall, Michael Rosbash , Michael W. Young

2017-ci ilin tibb üzrə Nobel mükafatı ABŞ-dan olan 3 alimə- Jeffrey C. Hall, Michael Rosbash and Michael W. Younga verilir.

Onlar bu mükafatı orqanizmlərin “daxili bioloji saatları” – sirkad ritmləri ilə bağlı işlərinə görə alırlar.

Nobel mükafatı komitəsi bildirir ki, bu alimlərin kəşfləri bitkilərin, heyvanların və insanların öz bioloji ritmlərini Yerin ritmlərinə necə uyğunlaşdırmasını izah edir.

Sirkad ritmləri – dövrülüyü 24 saat olan bioloji saatlardır. Bunlar gecə və gündüzün bir-birini əvəz etməsi ilə müxtəlif bioloji proseslərin tsiklləridir.

Nobel mükafatının bu ilki qalibləıri göstəriblər ki, hüceyrələrin "daxili saatları" yuxu, hormonal səviyyə, bədənin temperaturu, maddələr mübadiləsi kimi vacib prosesləri necə idarə edir və bunun mexanizmlərini aşkar ediblər.

Bu il Tibb üzrə Nobel mükafatına 361 namizəd var. idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG