Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Oqtay Əsədov Kristian Vigenin-i 'saxtakar' adlandırdı


Oqtay Əsədov

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin-i saxtakarlıqda ittiham edib.

APA-nın xəbərinə görə, O.Əsədov Milli Məclisin bu gün, oktyabrın 2-si keçirilən iclasında bildirib ki, belə bir adamın bu vəzifəyə təyin edilməsi düzgün deyil:

«O bu yaxınlarda Azərbaycanda səfərdə oldu. Bildirdi ki, regiona səfəri çərçivəsində ancaq parlamentdə və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək. Burdan sonra Ermənistana səfər etdi. Orada Ermənistan rəhbərliyi ilə və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirdi. Bu onun nə qədər saxtakar olduğunu, ikili standartlara xidmət etdiyini göstərir. Belə bir adamın tələsik belə vəzifəyə təyin edilməsinin özü də yanlışdır».

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi K.Vigenin ötən həftənin əvvəli, sentyabrın 25- Azərbaycana səfər etmişdi. O, Azərbaycanın ardınca da Ermənistan və Gürcüstana səfərlər edib.

Deputatdan bankirlərə təklif

«Bu gün Azərbaycanda insanların banklara borcu 2 milyard manatdır. Bu, həddən artıq böyük və narahatedici rəqəmdir. Ötən il bu rəqəm 1.6 milyard manat olub», - bunu isə parlamentdə deputat Vahid Əhmədov bildirib

O deyib ki, əhalinin kredit borcunun yüksək olması maliyyə bazarına neqativ təsir edən amillərdən biridir:

«Bu gün banklar 28-30 faizlə kreditlər verir. Problemli kreditlərin həcmi azalmaqdansa, daha da artır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra düşünürdük ki, banklarla ciddi məşğul olacaq. Amma təəssüf ki, bunu görmədik».

V.Əhmədov Azərbaycan iqtisadiyyatına neqativ təsir edən amilləri öyrənməkdən ötrü bank rəhbərlərini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına çağırmağı təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG