Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 22:13

Xədicə İsmayılın məhkəməsi təxirə düşüb


X.İsmayıl

Bu gün, oktyabrın 2-si araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın şikayəti ilə bağlı keçiriləcək məhkəmə prosesi baş tutmayıb.

Jurnalist ölkədən çıxışına qoyulan yasağın götürülməsindən ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi.

«Binəqədi Rayon Məhkəməsi ölkədən çıxışla bağlı növbəti müraciətimə baxışı prokuror və icra məmuru gəlmədiyi üçün oktyabrın 10-a təxirə saldı. Müraciət noyabrın 15-dən sonra 20 gün Riqada Stokholm İqtisadiyyat Məktəbində dərs demək üçün edilmişdi. Beləcə yubadıb, sonra mənasız edəcəklər», - jurnalist vurğulayıb

Araşdırmaçı-jurnalist sentyabrın 22-si məhkəməyə müraciət etmişdi.

X.İsmayıl ölkədən çıxışına qoyulan qadağanın qaldırılması tələbilə əvvəllər də məhkəməyə müraciət edib. Jurnalist indiyədək iki dəfə məhkəməyə üz tutaraq, beynəlxalq tədbirlərə qatılmasına imkan yaradılmasını tələb etmişdi. Ancaq Binəqədi Rayon Məhkəməsi hər dəfəsində araşdırmaçı-jurnalistin müraciətini rədd etmişdi.

Jurnalistin ilk müraciəti üzrə iş artıq Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.

XATIRLATMA

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs olunduğunu bəyan edirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG